“Nə olacağını bilməliyik”

09.10.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik “Mançester Siti”yə qarşı qaldırılan maliyyə pozuntuları ittihamları və davam edən araşdırma barədə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “The Independent” nəşrinə danışan təcrübəli mütəxəssis qeyri-müəyyənliyin futbol ictimaiyyətinə və şəxsən özünə mənfi təsir göstərdiyini vurğulayıb:

“Əlbəttə, mənim bu barədə öz suallarım var, çünki həmin məsələ ötən müddət ərzində şəxsən mənə də müxtəlif yollarla təsir edib. Hər şey nə qədər tez həll olunsa, hamı üçün bir o qədər yaxşıdır. Burada o qədər baxış bucağı və fərqli perspektiv var ki. Qərarın sürətli şəkildə verilməsi vacibdir. Nə baş verməsindən asılı olmayaraq, bununla bacarmaq və irəliyə doğru hərəkət etmək üçün hər kəs məlumatlı olmalıdır. Analoqu olmayan, bir çox mənada böyük nəticələr doğuran unikal bir vəziyyətdəyik. Hamımız bundan sonra nə olacağını bilməliyik”.

Xatırladaq ki, “Mançester Siti”yə qarşı irəli sürülən maliyyə qayda pozuntuları dövründə “Mançester Yunayted” iki dəfə Premier Liqa çempionluq yarışında rəqibinə uduzaraq ikinci yeri tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью