Nə öz əxlaqıma, nə də canlandırdığım obrazın əxlaqına şübhəm yoxdu Məhsəti danışdı FOTO | …
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Mən bu yazıda nə tarixi şəxsiyyət Məhsəti Gəncəvinin, nə də filmdə canlandırdığım Mina obrazının əxlaqını müzakirə edəcəyəm.
Sizə bu həngamənin niyə yaranmasının qısa və təvəzökar izahını açıqlayacağam. Xahiş edirəm yazdıqlarımı əyib-bükmədən götürüb paylaşasınız".
Milli.Az xəbər verir ki, bu sözləri "Məhsəti" filmində baş rolu ifa edən aktirsa Fərqanə Abdulla sosial media hesabında yazıb.
O, oynadığı obrazın tənqid olunmasından söz açıb: "İlk növbədə filmin qısa sinopsisindən və mənim aktrisa kimi obrazım haqqında nələr hiss etdiyimdən söhbət açım.
"Məhsəti" filmi, gənc aktrisa Minanın "Məhsəti" tamaşasına hazırlanmasından bəhs edir.
Bu gənc aktrisa belə dərin və çoxşaxəli obrazı canlandırmaq üçün öz sərhədlərini çeynəyir və filmdə biz onun bu səyahətini izləyirik.
Mən bir aktrisa olaraq ilk dəfə bu təklifi alanda fərqli bir obraz olduğu üçün çox həyəcanlanmışdım, amma eyni zamanda narahatlıq da keçirirdim.
Tam oxu
Xəbəri oxu