Nə qədər ki, Messi var, Kriştianu cəhənnəm olsun

10.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

UFC liqasında 66 kiloqrama qədər çəki dərəcəsində çempion titulunun hazırkı sahibi, İspaniyanı təmsil edən gürcü döyüşçü İlya Topuriya növbəti döyüşünü canlı izləmək üçün argentinalı superulduz Lionel Messiyə dəvət göndərəcəyini deyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini COPE belə çatdırıb:

"İstəyərdim ki, növbəti döyüşüm Mayamidə keçirilsin. Qarşılaşmaya şəxsən dəvət etmək istədiyim adam orada yaşayır. Əlbəttə ki, Messini nəzərdə tuturam. Qısası, nə qədər ki, Messi var, Kriştianu cəhənnəm olsun".

Xatırladaq ki, Topuriya son olaraq Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən UFC 308 turnirində titulunu qoruyub. O, amerikalı Maks Holloueyi nokautla yenib.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью