Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müğənni Vüsal Əliyevə Heydər Əliyev Sarayında konsert vermək arzusunu reallaşdıra bilmir.
Axşam.az xəbər verir ki, ifaçı bu haqda “1001 Şou” verilişində deyib. O, konsert salonunda səhnəyə çıxmaq üçün dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilmədiyini bildirib:
"Təəssüf olsun ki, nə qədər müraciət edirik, amma hələ ki, icazə ala bilmirik. Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur. Xəbər göndərirəm, bir müddət keçir və cavab gəlir ki, olmaz".