Nə qədər pivə insanı öldürər? Kardioloq açıqladı

05.02.2025

Icma.az, Medicina saytına istinadən bildirir.



Bir çoxları elə bilir ki, pivə araq qədər öldürücü deyil, böyük qədəhlərlə, stəkanlarla, tutumu qədər içmək olar. Ümumiyyətlə, pivədən hələ ölən olmayıb.

“Medicina” xəbər verir ki, kardioloq Yuliya Fadyuxina alkoqolun öldürücü dozası barədə danışıb.

“Alkoqolun öldürücü dozaları belədir.

4 litr şərab və ya şampan, 1,2 litr viski və ya 1,1 litr rom və ya araq. Pivədə isə bu 12 stəkandır.

Bu, hər kiloqram bədən çəkisi üçün 7-8 qr etanoldur ki, bu da 64-65 kq ağırlığında bir insan üçün təxminən 500 ml etil spirtinə bərabərdir.


Alkoqolizmin simptomları:

spirt miqdarına nəzarətin olmaması, dayandıra bilməməsi;

yaddaş itkiləri;

həddindən artıq içmək periodları

dərinin sürətli qocalması, qabarıq damarlar, dəri kapilyarlarının partlaması


Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью