Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra vəziyyətin dramatikləşəcəyi proqnoz edilirdi.
Çünki xarici və daxili amillər seçkilərin gərgin keçəcəyi və seçkisonrası qarşıdurmaların baş verəcəyini labüdləşdirirdi".Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib.
O bildirib ki, xarici faktorların Gürcüstana ciddi təsirləri cəmiyyəti də iki hissəyə parçalayıb:"Şərti olaraq Qərbpərəstlər və Rusiyapərəstlər.
Hazırkı hakimiyyət Moskvaya meyillilikdə və ölkəni Avroatlantik məkana inteqrasiyadan uzaqıaşdırmaqda günahlandırılır.
"Gürcü Arzusu" partiyasının son dönəmlər sərgilədiyi siyasi kurs Gürcüstanın Qərblə olan əlaqələrinə xeyli zərər vurdu ki, bu da sonrakı etaplarda artan templə inkişaf etdi.
Parlamentdə hakim partiyanın 53 faizdən çox səs qazandığı elan edilərək 150 parlament kreslosundan 89-na sahibləndi.
Lakin müxalifət bildiyiniz kimi seçkinin saxtalaşdırıldığını bəyan edərək nəticələri tanımadı. Prezident S.