Nə Ronaldo var, nə Messi

08.08.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Fransanın “France Football” nəşri “Qızıl top” mükafatına namizədləri açıqlayıb.

Futbolpress.az xəbər verir ki, siyahıda “Əl Nəsr”in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yer almayıb. O, artıq ardıcıl 4-cü dəfədir siyahıya düşmür.

“İnter Mayami”də çıxış edən argentinalı Lionel Messi isə ardıcıl ikinci ildə namizədlər arasında yer almayıb.

“Qızıl top”u qazanmağa favorit PSJ-nin və Fransa millisinin futbolçusu Osman Dembeledir.

“Qızıl top”un qalibi sentyabrın 22-də açıqlanacaq. Mükafatın son qalibi “Mançester Siti”dən Rodri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью