Nə şah , nə də molla... Avropa İranda demokratik idarəetmə sisteminin formalaşdırılmasını istəyir

26.01.2026

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Parlamenti Avropa Parlamentinin qəbul etdiyi İran əleyhinə qətnaməni pisləyib və Avropa dövlətlərinin siyasətini məsuliyyətsiz və digər ölkələrin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Bu barədə Mehr xəbər agentliyi məlumat verib. İran Parlamenti qətnamənin ikili standartlara əsaslandığını və Qərbin düşmən yanaşmasını əks etdirdiyini vurğulayıb. Onlar qeyd ediblər ki, "Avropanın öz problemlərini xarici amillərə yönəltmək səylərinə baxmayaraq, bu cür hərəkətlər və siyasi təzyiq cəhdləri İran xalqının birliyini və qətiyyətini sarsıda bilməz".

Ötən həftə Avropa Parlamenti İran hakimiyyətini son iğtişaşların yatırılması zamanı insan haqlarının pozulmasında ittiham edən qətnamə qəbul edib. Sənəddə həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması tələb olunur. Əvvəlki məlumatlarda İranda etiraz aksiyalarında 3117 nəfərin öldürüldüyü bildirilirdi. Ölənlərin sayına həm mülki şəxslər, həm də İran təhlükəsizlik qüvvələri daxildir.

"Avropa" İrandan nə istəyir?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropanın İranla bağlı istəyi tamam fərqlidir və Avropa nə şah, nə də molla rejimini istəmir.

Samir Hümbətov

“Avropa İranda bir demokratiya istəyir. Bu da indiki halda o qədər real görünmür. İran şahlıq, bir az da diktatorluq formatında idarə olunurdu və belə olan halda, orada demokratiyanı tətbiq etmək bir az real görünmür. Bu səbəbdən də Avropanın “SEPAH”a qarşı tətbiq etdiyi sanksiyalar və Rza şaha icazə verməməsi, bir növ Avropanın öz ənənəvi demokratiya dəyərlərinə üstünlük verməsi ilə bağlı bir mesaj ötürməkdən ibarətdir. Belə olan halda təbii ki, Avropanın rahatlıqla heç də hər iki tərəfi nə şahı, nədə mollanı qəbul edəcəyi düşünülmür. Düşünürəm ki, Avropa öz dəyərlərinə və demokratiyaya uyğun olan namizəd axtarır”-deyə Samir Hümbətov hesab edir ki, bunu hazırda İranda reallaşacağını gözləmək inandırıcı deyil, çünki İran bu vaxta qədər o demokratiyanı yaşamayıb və bundan sonra da olacağı gözlənilmir.

Politoloqun fikrincə, ikinci bir versiya olaraq İranın federativ üsluba keçməklə ölkənin idarə olunması tərəfdarı olduğunu da göstərir, bu da son nəticədə İranın parçalanması deməkdir ki, buna yenə də icazə verməyəcəklər.

“Avropanın müdafiə etdiyi dəyərlər bu gün üçün İran reallığı ilə üst-üstə düşmür. Bu səbədən də Avropa təbii ki, öz dəyərlərini qorumaq üçün belə qərarlar qəbul edir. Amma bunun da reallaşması görünmür”-deyə Samir Hümbətov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью