“Nə sən bilirsən, nə də mən” Qurban Qurbanovdan qəribə cavab

28.03.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Qarabağ” Misli premyer-liqasının 28-ci turunda “Turan Tovuz”u səfərdə darmadağın etdi.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov jurnalistlər önünə çıxıb.
- Futbolçularımı təbrik edirəm. Bəlkə də bizim üçün ağır, gərgin oyun oldu. Oyuna tam yaxşı hazırlaşa bilməmişdik. Vacib qələbə qazandıq.
- Keyfiyyət baxımından istədiyiviz səviyyəni aldız?
- Keyfiyyəti yaxşılaşdırmaq üçün yaxşı şəraitdə olmalısan. Sıx qrafikdəyik. Bizim üçün heç də asan deyil. Futbolçularımdan razı qaldım.
- Bu gün Tovuz akademiyasının açılışı oldu. Dəvət olunmamışdız, yoxsa vaxt tapa bilmədiz?
- Oyuna hazırlaşırdıq. Komandanı qoyub getməyim düzgün olmazdı. Çox da önəmli deyildi. Əvvəldən təklif olunmuşdu.
- Hər oyun qapıçıları dəyişirsiz.
- Hər qapıçıya şərait yaradırıq. Hər oyun gözləmədiyimiz hallar ola bilər.
- Bu mövsüm “Turan Tovuz”u məğlub edə bilməməyinizin gərginliyi var idi?
- Məncə, gərginlik var idi. Futbolda belə hallar olur.
- Hakimliyin səviyyəsi oyuna uyğun gəldimi?
- Kornerlərdə bizim oyunçulara blok qoyurlar. Ümumilikdə hakim tempi salmadı.
- Yığmanın oyunlarından sonra “Qarabağ”ın üç futbolçusu tənqidə məruz qaldı. Bu tənqid sizdə necə fikir formalaşdırdı?
- Belə bir şeyin olmasını istəmərəm. Onlara həmişə bildirmişəm ki, yaxşı mənada intizamlı olmalıdılar. Toralın və Nərimanın əks fikir bildirmək fikirləri yox idi. Bir söz hər şeyi alt-üst edir. Toralın meydandan kənarda intizamsızlığı olmayıb. Qarşıda da rast gəlinəsi epizodlardı. Onların çatımazlığı zəif oyunlarda ola bilər. Hamımız normal yanaşmalıyıq.
- Nərimanın adı “Molde” ilə yanaşı hallandı. Keçid niyə alınmadl?
- Klublar arasında razılıq olmalıydı. Ayın 27-nə kimi məsələ həll olunmalıydı. Tez qərar vermək istəmirdik.
- Elvin Cəfərquliyevin problemi nədi?
- Nə sən bilirsən, nə də mən. “Qırmızı” aldığı epizodlarda çox böyük səhvlər edir. Belə hallar baş verirsə, problemi var. Bir-iki oyun düzəlir, sonra bəxtsiz olur. Daha diqqətli olmalıdı. Milli səviyyəsi oyunlarda belə hallar matçın həlledici məqamlarıdı.
- Bu heyətdə müqavilə müddəti bitən futbolçularla danışmısızmı?
- Hansısa dəyişikliklər etmək istəyirik. Birdən-birə 5-6 futbolçu gətirmək heç də asan deyil. İşimizi davam etdiririk. Mayın sonlarına yaxın qərarlar verəcəyik.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью