Nə üçün uşağa 12 yaşa qədər telefon vermək olmaz? 5 səbəb | Icma.az
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir. Uşaqların qadjetlərdən asılı olması artıq epidemiya halını alıb.
Yəqin ki, çoxları uşaqların əlindən telefonun almağın necə çətin olduğunu bilir. Uşaqlar texnikaya çox tez alışırlar.
Qadjet onların əllərində olduğu müddətcə uşaq ətrafında baş verənlərə biganə qalır və əhəmiyyət vermir.
Onlarla dil tapmaq çətinləşir və real həyatla əlaqələri azalır.
Pediatrların bildirdiklərinə görə, görmə və danışıq qabiliyyətinin inkişaf etməsi üçün 0-3 yaş arası uşağın əqli inkişafı çox əhəmiyyətlidir.
3 yaşına qədər uşaqlar valideynləri ilə daha çox ünsiyyətdə olmalıdırlar.
Statistikaya görə, müasir zamanda uşaqlar ekran qarşısında gün ərzində 6-7 saat vaxt keçirirlər.
Bir çox uşaqlar artıq iki yaşından mobil qurğularla tanış olurlar və internetdən istifadə edə bilirlər.
Tam oxu
Xəbəri oxu