Nə valideynlərim, nə də həyat yoldaşım məni sevdi Aktrisa ağladı

17.10.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

"Sənətdə xoşbəxtəm. Şəxsi həyatda yox. Boş yerə demirlər, rəbbim bir qapını bağlayanda, birini açır".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva "Günə uğurla" verilişində deyib. Aktrisa ailəsi tərəfindən qəbul edilməməsindən danışıb:

"Həyatımda çox şeyi yenidən yazardım. Başqa ailədə dünyaya gəlmək istəyərdim: ata, ana sevgisi, ər sədaqəti, qardaş qayğısı görmək istəyərdim. Amma narazı deyiləm. Həyatda heç vaxt sevilməmişəm. Bir insanı ən çox valideyni sevər. Amma mən ata və ana tərəfdən sevilmədim. Heç kimdən sevgi gözləyə bilmərəm. Bircə, övladım sevir məni. Ona həm ata, həm də anayam. Ona görmədiyim sevgini verirəm".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью