Axar.az saytına istinadən Icma.az xəbər verir.
Nə Vaşinqton, nə də Tehran Yaxın Şərqdə baş verəcək müharibədən heç nə qazana bilməz və bu, yalnız bütün regionu qeyri-sabitləşdirəcək.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkianın sözlərinə görə, İran hazırda müharibə axtarmır və bunun İranın, ABŞ-ın və ya bütövlükdə regionun maraqlarına uyğun olmadığına dərindən əmindir.
İran prezidenti bildirib ki, Vaşinqton Tehranı təhdid və təzyiq yolu ilə danışıqlara məcbur etməyin mümkün olmadığını anlayıb:
"Ərazimizə qarşı hər hansı bir təcavüz və ya hücumun qətiyyətli və güclü cavabla qarşılanacağı aydındır. Lakin İran diplomatik həll yolu axtarmağa davam edir”.