Nə vaxtsa Realdan ayrılsam, Avropada oynamayacağam

28.12.2024

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Real"In kapitanı Dani Karvahal gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi nə vaxtsa Madrid təmsilçisindən ayrılsa, Avropada qalmayacağını bildirib:

"Əgər nə vaxtsa "Real"dan ayrılsam, Avropada oynamayacağam. Çempionlar Liqasında və ya İspaniyada "Real"a qarşı rəqabət aparmayacağam".

Qeyd edək ki, Dani Karvahal "Real"ın yetirməsidir. İspan futbolçu 2013-cü ilin yayından "kral klubu"nun əsas komandasıda çıxış edir. İspaniya millisinin üzvünün klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью