Ne vaza üzrə ACF Kuboku keçiriləcək

13.06.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

İyunun 15-də böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək. 

Apasport.az xəbər verir ki, yarışda 42 klub və idman cəmiyyətindən olan 194 cüdoçu mübarizə aparacaq.

168 oğlan və 26 qız 12 çəki dərəcəsində medallar uğrunda yarışacaqlar. 

Cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.

Qeyd edək ki, turnir Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək.

Cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub Cüdo millimiz Avstriyadakı təlim-məşq toplanışını başa vurub Yığmamız Berlinə 17 cüdoçu ilə yollanır Matsumoto Dan Rüstəm Orucov Akademiyasında Qrats toplanışı başa çatıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью