Nə villa, nə də çoxlu pul istəyirəm

07.01.2025

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Xalq Azəri necə sevirmiş. Nə adı, nə də sanı var. Xalqın sevgisi budur".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva mərhum aktyor Azər Baxşəliyevlə bağlı danışarkən deyib. Aktrisa Xalq artisti fəxri adını almadığı üçün giləylənmədiyini bildirib:

"Hərdən mənə də deyirlər ki, sənə Xalq artisti verməyiblər. Əzizlərim, bu daha yaxşıdır. Sizin sevginiz məni yaşadır, inanın. Allahdan can sağlığı və yetəri qədər ruzi istəyirəm. Artıq kim istəyirsə, ona versin. Mən nə villa, nə də çoxlu pul istəyirəm.

Allah Azərə rəhmət eləsin. Onunla ailəsinə səbr diləyirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью