Nə yeyək ki, kökəlməyək, sağlam olaq və çox yaşayaq? | Icma.az
Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir. Alimlər bu suallara daim cavablar axtarır.
Son araşdırmalar göstərib ki, sağlam və uzun həyat bir neçə amildən asılıdır: irsiyyət, ekologiya və ən əsası qidalanma.
Müşahidələr göstərib ki, dünyada ən çox yaşayan İtaliyanın Kalabriya vilayətinin, Yaponiyanın Okinava adasının sakinlərinin, Qafqaz uzunömürlülərinin qidalanma prinsipləri təxminən eynidir.
Bu prinsiplər hansılardır? Daha az ət Uzunömürlülərin qidalanmasında bu məhsul olduqca azdır.
Son elmi araşdırmalar göstərib ki, ətin və xüsusilə də kolbasa-sosis məmulatlarının çoxlu miqdarda qəbulu ürək-damar və xərçəng xəstəliklərinin riskini artırır.
Bu xəstəliklər isə bütün dünyada əsas ölüm səbəblərindən biridir.
Daha az kalori Müşahidələr göstərib ki, uzunömürlülər çoxluq təşkil edən regionlarda insanlar daha az qida qəbul edir.
Sübut olunub ki, qəbul etdiyimiz kalorilərin 20-30% azalması şəkərli diabet və xərçəng xəstəliklərinin riski 50%-ə qədər azaldır.
Tam oxu
Xəbəri oxu