Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. Mərkəzi Nəbatət Bağı artıq əhali üçün açıqdır.
Giriş qiymətləri 2013-cü ildə qəbul edilən qərara əsasən, hələlik əvvəlki kimi 2 manat təşkil edir.
6 yaşa qədər uşaqlar üçün isə giriş pulsuzdur. Maraqlıdır, Nəbatət bağına giriş qiymətləri artırıla bilərmi?Turizm eksperti Ceyhun Aşurov De
Buranın insanların istifadəsinə verilməsi sevindirici haldır. Giriş qiyməti, əslində, elə də çox deyil.
Çünki bağın baxım xərcləri, işçilərlə bağlı xərclər var. Əldə olunan vəsait də bu işlərə yönəldilir.
Bağdakı ağaclar, bitkilər mütəmadi olaraq qulluq tələb edir. Giriş qiymətinin artması müvafiq qurumlara bağlıdır.
Muzeylərə, mədəniyyət mərkəzlərinə giriş qiymətlərində artım olmuşdu.
Nəbatə bağına giriş qiyməti də məqsədəuyğun hesab olunarsa, gələcəkdə artırıla bilər.