Nebenzya: Rusiya Ukrayna ilə bağlı ciddi dialoqa hazırdır

08.04.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Ukrayna məsələsinin sülh yolu ilə həlli üzrə ciddi dialoq aparmağa hazırdır, lakin danışıqlar prosesindən Kiyev rejiminin hərbi potensialının gücləndirilməsi üçün istifadə olunmasına imkan verməyəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Biz müvafiq ciddi və praktiki dialoqa hazırıq, lakin heç kimin bizi aldatmasına və birbaşa və ya dolayısı ilə bu danışıqlar prosesindən Kiyev rejiminin hərbi potensialının gücləndirilməsi üçün istifadə etməsinə imkan verməyəcəyik”, - deyə o, BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью