Nəbi Avropada ikinci oldu

25.09.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan boksçusu Nəbi İsgəndərov Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan Boks Federasiyasından Modern.az-a verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan millinin üzvü Sofiyada keçirilən Avropa çempionatında komandamızın hesabına növbəti medalı yazdırıb.

Qeyd edək ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandada daha öncə Sübhan Mamedov (50 kiloqram) qızıl, Amin Məmmədzadə (55 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medal qazanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью