Fanat saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstanın veteran futbolçusu, hazırda Şımkentdəki futbol akademiyasının rəhbəri Elmar Nəbiyev "Qarabağ"ın pley-offa vəsiqə qazanmasının səbəblərini izah edib.
Fanat.Az xəbər verir ki, o, "Sports.kz" portalına açıqlamasında belə deyib:
"Başa düşməliyik ki, "Qarabağ" əvvəllər Çempionlar Liqasının əsas mərhələsində dəfələrlə iştirak etmişdi. Amma nəticə ürəkaçan deyildi. Bu dəfə komanda yarışa zəngin təcrübə ilə yanaşdı. Azərbaycan komandası özünəinamla oynayaraq əla qələbələr və nəticələr əldə etdi. "Kayrat"ın isə bu baxımdan təcrübəsi azdır".
Qeyd edək "Kayrat" Çempionlar Liqasının əsas mərhələsini bir xalla başa vurub və turnir cədvəlində sonuncu yerdə qərarlaşıb.
"Qarabağ" Çempionlar Liqasının 1/16 finalına yüksəlib və burada İngiltərənin "Nyukasl" komandası ilə qarşılaşacaq.
Mirağa