“Neçə arvadınız var?” VİDEO KONKRET

13.11.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın yeni lideri Əhməd əl-Şaraa arasındakı görüşdə maraqlı anlar yaşanıb.

KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, həmin görüntüləri “Al Arabiya” instaqramda yayımlayıb.

Belə ki, yayımlanan videoda amerikalı liderin “ən yaxşı” adlandırdığı “Trump Victory 45-47” ətrini əvvəlcə öz üzərinə, daha sonra Suriya lideri və xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin üzərinə bir neçə dəfə sıxdığı görünür.

Ağ Ev rəhbəri bir şüşə ətiri Suriya prezidentinə, digərini isə onun həyat yoldaşına hədiyyə edib və “Neçə arvadınız var?”, – gülümsəyərək soruşub.

Əhməd əl-Şaraa isə “Bir?” , – cavabını verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью