Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır. Prezident İlham Əliyev sabah Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcək
Səbəb kimi isə AZAL-ın sərnişin təyyarəsinin vurulması, bir sıra media resurslarına Rusiyanın kiberhücumları, deputat Azər Badamovun Rusiyay
Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa mövzu ilə bağlı Redaktor.az-a danışarkən bildirdi ki, burada bir sıra faktorlar var
"Bunlar müttəfiqlik münasibətinə uyğun gəlməyən davranışlardır. Necə ola bilər ki, sən Azərbaycanın millət vəkilini deportasiya edirsən?
Təyyarə ilə bağlı hər hansısa formada istintaqın nəticələrini lazımi şəkildə Azərbaycana çatdırmırsan.
Münasibətlərin belə pozulmasına yönəlik davranışlar hər halda Azərbaycan tərəfindən baş vermir.
Azərbaycan səmimi şəkildə bu münasibətləri qorumağa çalışır. Bu baxımdan problemlər daha çox bu məqamla bağlıdır.
Ümid edək ki, bunu ortadan qaldırmaq üçün müəyyən siyasi iradə çatacaq və bu məsələlər həllini tapacaq.