Necə olur ki, “Qara dəliklər” zaman maşına çevrilir? | Icma.az
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qara dəliklər böyük kütləli ulduzların supernova partlayışından sonra öz daxilinə çökməsiylə meydana çıxır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra birləşərək daha böyük kütləli qara dəliklər yarada bilirlər.
Albert Eynşteynin Nisbilik Nəzəriyyəsinə görə cisimlərin kütləsi fəza-zaman müstəvisini bükür.
Bir cismin kütləsi nə qədər böyükdürsə yaratdığı bükülmə effekti də o qədər çox olur.
Beləliklə, böyük kütləyə malik cisimlər kosmosda bir növ vadi yaradırlar və başqa obyektlər bura yaxınlaşanda vadinin içərisinə düşürlər.
Qara dəliklərə yaxınlaşan hər şeyin, kainatın ən böyük sürətinə malik işığın belə buradan qaça bilməməsinin səbəbi budur.
Qara dəliyin yaratdığı vadi yaxınlaşdıqca daha çox dikləşir, heç nəyin qaça bilmədiyi bu nöqtəyə isə hadisə üfiqi adı verilir.
Tam oxu
Xəbəri oxu