Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda adətən aliment ödəyən tərəf deyəndə ilk olaraq kişilər nəzərdə tutulur.
Amma qanunvericiliyə görə, bu öhdəlik cinsə görə yox, uşağın kimin himayəsində qalmasına görə müəyyən olunur. Ona görə də real həyatda qadınların da aliment ödədiyi hallar var.
Azərbaycanda neçə qadın aliment ödəyir?
Mövzu ilə bağlı Ədliyyə Nazirliyindən "Cebheinfo.az"-a bildirilib ki, aliment ödəyən şəxslərin müəyyən hissəsini qadınlar təşkil edir:
"2026-cı ilin birinci rübü ərzində Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında 134 min aliment işi olub.
Hazırda icraatda olan aliment işlərindən təxminən 2 500-ü (icraatda olan ümumi aliment işlərinin təxminən 1,9 faizi) üzrə borclu tərəf qadınlardır".
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin