Necə sağlam arıqlamaq olar? Qastroenteroloq yolunu AÇIQLADI | Icma.az
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq. "Son dövrlər xüsusilə yay mövsümü yaxınlaşdıqca sürətli arıqlama vədi verən pəhrizlər, xü
"2 həftəyə 8 kilo", "2 həftəyə 12 kilo" kimi cəlbedici başlıqlar əsasən qadınların diqqətini çəkir və bir çox insanı bu proqramlara yönəldir
Lakin bu cür sürətli çəki itkisi sağlamlıq üçün ciddi risklər yaradır".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qrup diet proqramlarının sağlamlığa təsiri haqqında qastroenteroloq Emin Məmmədov bildirdi.
Mütəxəssisin sözlərinə görə, sağlam arıqlama tələsmədən, mərhələli şəkildə aparılmalıdır: "Elmi yanaşmaya əsasən, sağlam şəkildə çəki itirmək üçün həftədə orta hesabla 0,5-1 kilo arıqlamaq normal hesab olunur.
Qısa müddətdə kəskin çəki itkisi isə orqanizm üçün stres yaradır və uzunmüddətli fəsadlara səbəb ola bilər.
Dünyada elmi cəhətdən faydası sübut olunmuş bir neçə pəhriz modeli var. Bunlardan biri Aralıq dənizi dietasıdır.
Bu pəhriz meyvə-tərəvəz, yaşıllıq, zeytun yağı, balıq və dəniz məhsullarına əsaslanır və həm çəki nəzarətinə, həm də uzunömürlülüyə müsbət təsir göstərir.
Tam oxu
Xəbəri oxu