Necə sındığımı heç kəs görməyib... İsa İsmayılzadə

12.08.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az tanınmış şair İsa İsmayılzadənin "Mən bir termos şüşəsiyəm" şeirini təqdim edir.

Mən bir termos şüşəsiyəm,
çilik-çilik olmuşam,
tökülmüşəm içimə.
(Eh, kimin nə vecinə)
Birinin gözlərindən,
birinin ürəyindən
qolaylanıb atılanda
tənhalığın üstünə düşüb sınmışam –
necə sındığımı heç kəs görməyib,
Heç kəs bilməyib.
Mən bir termos şüşəsiyəm –
pərtliyin də üstünə,
sərtliyin də üstünə
düşəsiyəm bugün-sabah
Mənim ürəyimin qırıntıları
qəlpəyə dönə bilər,
dostuma, tanışıma, arzuma dəyə bilər…
Bir gecə
kiminsə əlləri qonaq gələcək,
kiminsə nəfəsi qonaq gələcək,
kövrəlmiş ürəyimə.
Toplayıb bir yerə qırıntıları
düzəcək yan-yana.
Sonra da yana-yana
zərgər barmaqlarla cilalayacaq –
xarabalığın tən ortasında
möhtəşəm bir ürək ucalacaqdır.
Ancaq möhtəşəm ürək
mənim ürəyimə bənzəməyəcək…
Soyuqdan genişlənib istidən sıxılacaq,
darıxacaq, boğulacaq,
bağlı qalmış qapı kimi
taybatay açılmaq istəyəcək…
Mən bir termos şüşəsiyəm…
Təzədən, təzədən,
təzədən sınmaq üçün,
təzədən yanmaq üçün
bir heyrətin üstünə
daş kimi düşəsiyəm…

AzTV-nin sifarişi ilə hazırlanan “Sultan Həsən Bahadur” filminin təqdimatı oldu "Xoşuma gəlmir pişiklərin sevmədiyi adam olmaq..." - Sevinc Elsevərin yeni şeirləri Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью