Necə unudaram onu görəsən?! Andrey Voznesenski

01.06.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün görkəmli rus şair Andrey Voznesenskinin anım günüdür.

Kulis.az onun "Unuda bilmərəm səni bir daha" şeirini Azad Yaşarın tərcüməsində təqdim edir.

Məni ta obaşdan oyadıb bir gün,

Sən yola salarsan ayağıyalın.

Yox, məni unuda bilməzsən daha,

Üzümü heç görə bilməzsən daha.

Üşüyərsən deyə, qucaram səni,

Sonra düşünərəm: "Pərvərdigara!

Necə unudaram onu görəsən?!

Necə həsrət qallam o gözəl yara?!"

O gölməçədəki qırçınlı suyu,

Birja, Admirallıq binalarını

Mən əsla unuda bilmərəm axı,

Bir daha onları görmərəm axı.

Rüzgar yaşartsa da, mənə dikilər

Sənin o palıdı, məhzun gözlərin.

"Qayıtmaq nəhs şey sayılır" deyə,

Könlümdə, gözümdə boşalar yerin.

Hafiz də deyibmiş: "Günün birində

Təkrar bu dünyaya gələcək olsaq,

Səninlə rastlaşa bilmərəm... hətta

Üzünü görməm də sayılar yasaq".

Aramızda keçən ixtilatın da

Bekara olduğu ortaya çıxar,

Elə ki biz,

yəni canlı insanlar

əriyib-dönərik... cansız boşluğa.

İçimdən yüksələn bir cüt etiraf

Göylərə can atar ki, qanad çala:

"Mən səni unuda bilmərəm, əsla,

Üzünü bir daha görmərəm, əsla".

Dəfninə Papanın icazə verdiyi skripkaçı - Ona niyə "şeytanın oğlu" deyirdilər? 1100 sevgi məktubu yazsalar da, heç vaxt görüşmədilər – Çaykovskinin həyatındakı sirli qadın kim idi? Biz qəflət toruna düşmüş bir quşuq... - Ömər Xəyyamın rübailəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью