Nəcəfov saxlanıldı 18 minlik oğurluqda təqsirləndirilir

31.10.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

“AzPolitika” xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb.

Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Hazırda faktla bağlı araşdırma davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью