Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə keçirilib.APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.Dövlət ittihamçısı Elfanə Bayramova bildirib ki, Bakı Hərbi Məhkəməsinin çıxardığl hökmə əsasən cəza cinayət işi üzrə maddələrin tələbindən 2 dəfədən çox azdır: “Təqsirləndirilən şəxs dövlətə dəyən ziyanın çix cuzi hissəsini ödəyib.
Ümumi ziyan 25,456,438 manat təşkil edir. Lakin təqsirləndirilən Məlikməmməd Qurbanov 542,438 manat ödəyib.
Həmçinin, maddələrin tələbinə uyğun cəza təyin olunmayıb. Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı şəxsin hərbi rütbəsi alınmaqla 12 il 6
M. Qurbanov bildirib ki, ömrünün çox hissəsini Azərbaycan Silahlı Qüvvələrində xidmət edib: “Mən 4 il həmin vəzifədə xidmət etmişəm.
Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm. Fərqi yoxdur əmrlər şihahidir, ya yazılı.
Mənə çatan pulu ziyan olaraq ödəmişəm”.Həmçinin təqsirləndirilən şəxsin vəkili Ceyhun Məmmədov çıxış edərək bildirdi ki, prokurorun protesti əsassızdır: “Müdafiə etdiyim şəxs özünün mənimsədiyi pulu tam olaraq ödəyib.
Biz araşdırma zamanı bildirdik ki, Nəcməddin Sadıkovu çağırıb dindirmək lazımdır. O, artıq hərbçi deyil, sadə vətəndaşdır.