Nedved Səudiyyə Ərəbistanı klubunda işləyəcək

09.01.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Çexiya millisinin, “Latsio” və “Yuventus” kimi klublarda oynamış Pavel Nedved Səudiyyə Ərəbistanında çalışacaq.

Sportal.az xəbər verir ki, o, “Əl-Şabab”da çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nedved klubun idman direktoru vəzifəsində işləyəcək.

Veteran futbolçu 2010-cu ilin oktyabrından 2022-ci ilin noyabrına kimi “Yuventus”da direktorlar şurasının üzvü, sonra isə vitse-prezident vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən ayın sonunda Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim “Əl-Şabab”a baş məşqçi təyin edilib.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью