Nəfəs filmi ilk dəfə yayımlandı

27.02.2025

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət kanalı Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə "Nəfəs" filmini ilk dəfə tamaşaçılara təqdim edib.

Kulis.az xəbər verir ki, 14-cü Bakı Beynəlxalq Qısa Film Festivalında "Ən yaxşı rejissor" nominasiyasının qalibi olan ekran əsərinin rejissoru Elmar Bayramovdur.

Filmin ssenari müəllifi Ulviyyə Heydərova, prodüseri isə Elçin Ağazadədir.

Məlumata görə, film Qarabağ müharibəsi zamanı Xocalıda baş verən soyqırımı, dağılan ailələr və yetim qalan körpələrin taleyini əks etdirir. Tamaşaçılar ekran əsərini “30 dəqiqəyə sığan 33 il” kimi dəyərləndirirlər.

Qeyd edək ki, "Nəfəs" filminin istehsal prosesi pandemiya dövrünə təsadüf edib. Çəkilişlər zamanı rejissor Elmar Bayramov ölkəyə gələ bilmədiyi üçün prosesi videozəng vasitəsilə idarə edib.

Məşhur cazmen Vaqif Mustafazadə haqqında nə demişdi? - Tale əkizləri Növbəti “Peşəkar teatr dərsləri” Qazaxda təşkil olunacaq Əbülfət Mədətoğlunun tükənməyən enerjisi...
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью