Nəfəsdən Aqşinə SƏRT SÖZLƏR: “Bir kişi qadından şikayət edirsə...

14.11.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

Müğənni Nəfəslə Aqşinin küsülülüyü verlişdə müzakirə olunub.

News24.az xəbər verir ki, "Rəngarəng" verlişində Aqşin Fatehlə Nəfəs küsülü qalmağı barədə danışılıb. 

Aparıcı Zaur Nəbioğlu onları barışdırmaq üçün səy göstərsə də, tərəflərdən istədiyi cavabı ala bilməyib. Nəticədə Nəfəs Aqşinin incikliyinə qarşı belə cavab verib: “Bir kişi qadından şikayət edirsə, o düzdürsə belə, səhvdir”.

Qeyd edək ki, Meyxanaçı Aqşin Fatehlə Nəfəs uzun müddət duet ortağı olub. Bir müddət öncə Nəfəs Aqşinin ad gününə gəlmədiyinə görə arada inciklik baş vermişdi.

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью