Nəfəsimizi oğurlayan təkərlər | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. Asfalt üzərindən qalxan təhlükə...
Müasir dövrdə ekologiya və ətraf mühitin mühafizəsi insanlığın qarşısında duran ən vacib problemlərdən biridir.
Sürətlə inkişaf edən sənaye, əhalinin artması və nəqliyyat vasitələrinin çoxalması təbiətin tarazlığını pozur, canlı aləmə ciddi təsir göstərir.
Ətraf mühitin çirklənməsinin əsas səbəblərindən biri avtomobil mühərrikləridir.
Hər gün küçələrdən keçən avtomobillərin hər biri təkcə insanları bir nöqtədən digərinə daşımır, həm də havamıza, torpağımıza, suya zərər verir.
Avtomobil mühərrikləri, xüsusən də benzin və dizel yanacağı ilə işləyənlər ekologiyamızın “səssiz qatilləri”dir.
Benzin və dizel ilə işləyən avtomobillər atmosferə çoxlu miqdarda zərərli qazlar - karbon qazı, karbon monoksid, azot oksidləri və digər zəhərli maddələr buraxır.
Bu qazlar təkcə havanı çirkləndirmir, həm də insan sağlamlığına zərər vurur.
Tam oxu
Xəbəri oxu