Neft 1 dollardan çox ucuzlaşıb

24.08.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya bazarlarında neft 1 dollardan çox ucuzlaşıb.

APA-Economics” xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,23 dollar və ya 1,30% azalaraq 93,16 ABŞ dollarına düşüb.

ABŞ-nin “WTI” markalı neftinin oktyabr fyuçersləri isə 1,34 dollar və ya 1,54% ucuzlaşaraq 85,72 dollar təşkil edib.

Analitiklər neftin ucuzlaşmasını ötən həftəki yüksəlişdən sonra investorların mənfəətlərini reallaşdırması və ABŞ-nin İrana qarşı yeni sanksiyalarının detalları açıqlanmazdan əvvəl bazarda ehtiyatlılığın artması ilə əlaqələndirirlər.

Ötən həftə neft qiymətləri Hörmüz boğazından tədarüklə bağlı narahatlıqlar fonunda yüksəlmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью