Neft anbarında güclü partlayış baş verib

26.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tailandın paytaxtı Banqkokda neft anbarında güclü partlayış baş verib. Güclü partlayış nəticəsində əraziyə alov və qatı tüstü yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, partlayışın təsiri paytaxtın bir neçə kilometrliyində hiss olunub. Hadisədən sonra səlahiyyətli qurumlar yaxınlıqda yaşayan sakinlərə təhlükəsizlik məqsədilə ərazini tərk etmələri barədə xəbərdarlıq ediblər.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Təbriz Mirzə
Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью