Neft anbarında yanğın: Ölən və yaralananlar...

22.01.2025

Icma.az bildirir, News24 portalına istinadən.

İranda Tehranın cənubunda yerləşən Behşəhr şəhərində neft anbarında yanğın baş verib.

News24.az Söz.az-a istinadən xəbər verir ki, bu barədə Tehran Bələdiyyəsinin Yanğından Mühafizə Xidmətinin rəsmi nümayəndəsi Cəlal Mələki bildirib.

“Bu hadisə Behşərhdə və Tehranın ətraf rayonlarında baş verib, onun Rey şəhəri ilə heç bir əlaqəsi yoxdur...  Hələlik Tehran bələdiyyəsindən kömək üçün müraciət olmayıb, lakin biz kömək etməyə və texnika göndərməyə tam hazırıq", - deyə Məliki bildirib. 

Onun sözlərinə görə, yanğının başladığı neft bazasında 18 min ton neft var.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl KİV-də yanğının Behşəhr şəhərinin bir qədər şimalında yerləşən Rey şəhərində neft anbarının ərazisində baş verdiyi barədə məlumat yayılıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью