Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
İranın dəstəklədiyi Yəmən husilərinin Qırmızı dənizdən Aralıq dənizinə keçiddə strateji əhəmiyyətə malik Bab-əl Məndəb boğazında nəzarəti ələ keçirməsi, həmçinin Səudiyyə Ərəbistanının Şimal-Cənub əsas neft kəmərinin zədələnməsi dünya neft bazarında təşvişə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, Ər-Riyadın kəmərlə neft nəqlinin bərpa müddətinə dair dəqiq açıqlama verməməsi bazarda neft çatışmazlığı yaranacağına dair ehtimalları yüksəldir. Bu isə qiymətlərdə əksini tapır.
Həftənin ilk hərraclarında Londonun ICE birjasında Brent etalon markalı neftin qiyməti 3 faizə yaxın artmaqla 107 dolları keçib.
Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti isə 103 dollara yaxınlaşır.
Analitiklərə görə, yaxın 1 həftə ərzində Səudiyyə kəməri yenidən işə salmasa, bazarda real neft çatışmazlığı yaranacaq və bu da qiymətləri 120-130 dollara qədər artıracaq.