Neft büdcə qiymətindən aşağı düşdü

26.11.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.24 ABŞ dolları və ya 3.34% azalaraq 64.8 ABŞ dollarına bərabər olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью