Neft cüzi ucuzlaşdı

11.09.2025

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 10-da dünya bazarlarında neftin qiymətində cüzi azalma qeydə alınıb.
Sitat.info  xəbər verir ki, “Nyu-York Mercantile Exchange”də (Nymex) WTI markalı xam neftin oktyabr fyuçerslərinin qiyməti 0,08 ABŞ dolları və ya 0,13% azalaraq 63,59 dollar/barel təşkil edib.
“ICE” birjasında noyabr fyuçersləri üzrə "Brent" markalı neftin qiyməti isə 0,06 dollar və ya 0,09% enərək 67,43 dollar/barel olub.
Qiymətlərin azalması investorların qlobal tələblə bağlı ehtiyatlı mövqeyi və bazarda təkliflə bağlı qeyri-müəyyənliklə əlaqələndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью