Neft Daşları nda 181,8 mln. ton neft hasil edilib

07.11.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan 01.11.2025 tarixinədək 181,8 mln. ton neft hasil edilib.
Reyting.az
SOCAR-a istinadla bildirir ki, hesabat dövründə yataqdan 14,2 mlrd. kubmetr qaz hasil edilib.
Qeyd olunur ki, yataq Bakıdan 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə yerləşir. SOCAR-ın neft-qaz hasilatının təqribən 70 faizi sahilə buradan ötürülür.
Xatırladaq ki, yataqda 1949-cu ildə ilk kəşfiyyat quyusu qazılıb, noyabrın 7-də 100 ton/gün hasilatla neft fontan vurub. Bununla, dünyada açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın əsası qoyulub.(APA)

Hava proqnozu Neft Daşları 30 Günlük
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью