Neft Emalı Zavodu Abdin Fərzəliyevi məhkəməyə verdi

28.01.2025

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayon İcra Hakimiyyəti növbəti dəfə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, Abşeron İH-lə bağlı iddianı Heydər Əliyev adına Neft Emalı Zavodu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Tərəflər yaşayış sahəsi üzrə problem yaşayır.
İcra hakimiyyəti ilə bağlı iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilib. 19 fevral tarixində hakim Könül Həbibovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.
Tərəfləri dinləməyə hazırıq.
Gülşən

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью