Neft Fondu neft qaz satışından 8 milyard qazandı

16.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin oktyabrın 15-dək dövlətin payına düşən karbohidrogenlərin satışından təxminən 4,6 milyard ABŞ dolları xalis gəlir əldə edib.

Axar.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna ARDNF-dən bildirilib.

Fondun məlumatına görə, 2026-cı ildə dövlətin payına düşən karbohidrogenlərin satışından 5,03 milyard ABŞ dolları (8,55 milyard manat) xalis gəlir əldə edilməsi nəzərdə tutulub.

Həmin göstərici üzrə illik plan 91% icra edilib. Bu isə hesablamalara görə, təxminən 4,6 milyard ABŞ dolları və ya 7,8 milyard manat deməkdir.

ARDNF qeyd edib ki, dövlətin mənfəət payına düşən karbohidrogenlərin satışından xalis gəlirlər faktiki satış qiymətləri əsasında, müvafiq satış xərcləri çıxılmaqla formalaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью