Neft Fondu son bir ildə 61 ton qızıl alıb

20.04.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Bu ilin ilk rübünün yekununa olan məlumata görə Dövlət Neft Fondunun investisiya portfelində qızılın payı 25,8%-ə və ya 165,3 tona çatıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Neft Fondunun investisiya portfelində qızılın payı 13,2% və ya 104,6 ton olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə Neft Fondunun qızıl ehtiyatları 58% və ya 60,7 ton artıb.
Qeyd edək ki, hazırda Fondun sərəncamında olan qızılın ümumi dəyəri 16 milyard 134,4 milyon dollara bərabərdir.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью