Neft Fondunun icraçı direktoru Əbu Dabidə işgüzar səfərdə olub | Icma.az
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə işgüzar səfər edib.
AYNA.AZ xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti yüksək səviyyəli beynəlxalq qurumların rəhbərləri və özəl sektorun aparıcı təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq və investisiya imkanları üzrə müzakirələr aparıb.
Səfər zamanı ARDNF nümayəndə heyəti “CVC” Şirkətlər Qrupunun həmtəsisçisi və sədri Rolli van Rapard ilə görüş keçirmişdir.
Görüşdə Fondun “CVC” ilə uzunmüddətli əməkdaşlığının hazırkı mərhələsi, müxtəlif aktiv sinifləri üzrə investisiya portfelinin genişləndirilməsi imkanları və qlobal bazarlarda formalaşan yeni trendlər müzakirə edilib.
Nümayəndə heyəti daha sonra “Milken” İnstitutun sədri Maykl Milken ilə görüşüb.
Kapital bazarlarının inkişafında mühüm rol oynaması ilə tanınan və uzun illərdir qlobal maliyyə, səhiyyə və təhsil sahələrində təşəbbüslərə dəstək göstərən Maykl Milken ilə keçirilmiş görüşdə institusional investorlara təsir edən qlobal tendensiyalar, davamlı investisiya meyilləri və müxtəlif regionlar üzrə strateji istiqamətlər müzakirə edilmişdir.
Tərəflər həmçinin gələcək əməkdaşlıq və bilik mübadiləsi imkanlarını nəzərdən keçiriblr.
Tam oxu
Xəbəri oxu