Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 70% i ötüb

27.01.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 dekabr 2025-ci il tarixinə investisiya portfelinin 70,4%-ni ABŞ dolları təşkil edib, bu da ilin əvvəlinə olan göstərici (31.12.2024 tarixinə - 66,5%) ilə müqayisədə 3,9 faiz bəndi artım deməkdir.

"APA-Economics"in Neft Fondunun ötən ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci il 31 dekabr tarixinə avro ARDNF-in investisiya portfelinin 17,5%-ni, funt sterlinq 4,9%-ni, Çin yuanı – 2,2%-ni, Yaponiya yeni – 1,3%-ni, digər valyutalar isə 3,7%-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 73 539,7 mln. dollara çatıb, bu da ilin əvvəlinə olan göstərici ilə müqayisədə 22,5% artım deməkdir.

Belə ki, Fondun investisiya portfelinda valyutalar aşağıdakı ardıcıllıqda qərarlaşıb:

- ABŞ dolları: $51 772,4 mln.

- Avro: €10 926,5 mln.

- İngilis funt sterlinq: £2 659,3 mln.

- Çin yuanı: CNY 11 447,5 mln.

- Yapon yeni: JPY 150 938,9 mln.

- Digər valyutalar: $2 703 mln.

Məlumata görə, Fondun ABŞ dolları portfelinin 28 063,2 mln. dollarlıq hissəsini (38,2%) qızıl investisiyaları təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью