Neft gəlirləri artır: Büdcəyə yenidən baxılacaq?

06.05.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar neft qiymətlərində müşahidə olunan artım büdcə gəlirlərinə də təsirsiz ötüşmür. 

Belə şəraitdə dövlət büdcəsinə yenidən baxılması və əlavə gəlirlərin hansı istiqamətlərə yönəldilməsi məsələsi aktuallaşır. Xüsusilə bu vəsaitlərin Qarabağda aparılan bərpa-quruculuq işlərinə və ya sosial yönümlü layihələrin maliyyələşdirilməsinə sərf olunması ehtimalı da müzakirə mövzusudur. 

Deputat Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, 2026-cı il dövlət büdcəsinə yenidən baxılması birbaşa hökumətdə aparılan müzakirələr nəticəsində bəlli olur:

“Çünki praktik olaraq qısamüddətli dövrdə neftin dünya bazarında qiymətinin yüksəlməsi bu dönəmlərdə büdcəyə yenidən baxılmasını labüd etmir. Əgər büdcədə ciddi profisit varsa və növbəti aylar üçün də profisitin artacağı gözlənilirsə, bu halda hökumət tərəfindən bir sıra hallarda büdcəyə baxılmaqla bağlı layihələr təqdim olunur. əvvəlki illərin təcrübəsi bunu göstərir. 

Təbii ki, əgər hökumətdə gedən müzakirələr 2026-cı ilin dövlət büdcəsinə yenidən baxılmasının zərurətini yaradarsa, bu zaman Milli Məclisə layihə təqdim ediləcək və bu istiqamətdə müzakirələr aparılacaq. 2026-cı ilin dövlət büdcəsinə əlavə dəyişikliklərlə bağlı layihələr Milli Məclisə təqdim olunarsa, təbii ki, biz də bu istiqamətdə təkliflərimizi edəcəyik”. 

Deputat qeyd edir ki, Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri üçün vəsaitin ayrılması hər zaman prioritetdir: 

“Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 23 milyard manatdan artıq vəsait ayrılıb və bu, Azərbaycanın bu istiqamətdə fiskal gücünü göstərir. Daha çox vəsaitin həm Qarabağ və Şərqi Zəngəzurun bərpasına, həm də sosial istiqamətə ayrılması ilə bağlı təkliflərimizi təqdim edəcəyik”. 

Aişə Abdulova 
“Cebheinfo.az”

Açar sözlər: Neft Vüqar Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью