Neft hasilatı ilə bağlı qərar VERİLMƏYƏCƏK OPEC

28.07.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

OPEC+ ölkələrinin birgə nazirlər monitorinq komitəsi (JMMC) iyulun 28-də keçiriləcək iclasda neft hasilatı ilə bağlı qərar verməyəcək. 

News24.az xəbər verir ki, bu barədə OPEC-in rəsmi "X" hesabında yayımlanan açıqlamada bildirilib.

“Son vaxtlar JMMC-nin qarşıdakı iclası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, bu komitənin hasilat səviyyəsi ilə bağlı qərarvermə səlahiyyəti yoxdur,” – deyə bəyanatda vurğulanıb.

Təşkilata görə, JMMC-nin rolu yalnız hasilatla bağlı düzəlişlərə nəzarət və bazar şəraitinin ümumi qiymətləndirilməsi ilə məhdudlaşır. OPEC Sekretariatı əlavə edib ki, komitənin toplantısını “Səkkizlər Qrupu”nun (hasilatı könüllü şəkildə azaldan 8 OPEC+ ölkəsi) hasilat dəyişiklikləri ilə əlaqələndirmək doğru deyil və bu, komitənin mandatına daxil deyil.

OPEC bazarda çaşqınlıq və spekulyasiyaların qarşısını almaq üçün dəqiq və düzgün məlumat yayılmasına çağırıb.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью