Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Qırmızı dənizdə Husilərin dəniz nəqliyyatına nəzarəti ələ keçirməsi və həyata keçirdikləri ardıcıl hücumlar regional enerji təhlükəsizliyinə ağır zərbə vurub.
“Yeni Sabah” xəbər verir ki, yaradılan dəniz blokadası və logistik maneələr nəticəsində dünyanın ən böyük neft ixracatçılarından biri olan Səudiyyə Ərəbistanının neft ixracı kəskin şəkildə azalaraq 400 min barelə enib və son illərin antirekordunu müəyyənləşdirib.
Eyni zamanda sankasiyalar və tədarük zəncirindəki xaos fonunda İranın da gündəlik neft ixracının 260 min barelə düşməsi regionda ümumi neft axınının faktiki olaraq iflic olduğunu göstərir. Marqarita pizza
Əsas xammal marşrutu sayılan Qırmızı dəniz və Hörmüz boğazındakı risklər Səudiyyə Ərəbistanını da İran kimi bazardan təcrid olunmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub. Tankerlərin marşrutunu dəyişməsi, sığorta xərclərinin kəskin artması və təhlükəsizlik böhranı Ər-Riyad üçün həm iqtisadi, həm də strateji baxımdan dözülməz ssenari formalaşdırır. Qlobal enerji bazarlarını silkələyən bu gərginlik fəsadlarının uzunmüddətli olacağı ilə bağlı xəbərdarlıqları artırır.