Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycanda neft ixracı istiqamətində nəinki artım baş vermiş, əksinə azalma müşahidə olunur.
Belə ki, 2024-cü ildə təxminən 23 milyon ton həcmində neft ixrac edilmişdir.
Bu da özündən əvvəlki il ilə müqayisədə təxminən 9 faizlik azalma deməkdir".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, neftdən gələn vəsaitdə 11 faiz azalma olmuşdur: "Eyni zamanda daxil olan vəsait istiqamətində 2024-cü ildə 2023-cü il ilə müqayisədə azalma müşahidə olunur.
Son dövrlər ixracımızda birinci yerdə olan İtaliya ölkəsidir.
Belə ki, neftimizin yarıya qədəri, daha dəqiq desək 46 faizdən bir qədər artıq məhz İtaliyaya ixrac olunur.