Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın neft koksu ixracında cari ilin ilk 7 ayında nəzərəçarpan artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 59 920.65 min dollar statistik dəyərində 151 118.51 ton neft koksu ixrac olunub ki, bu da ümumi ixracın 0.31 faizini təşkil edib.
Müqayisə üçün bildirək ki, 2025-ci ilin müvafiq dövründə 34 911.81 min dollar dəyərində 112 514.21 ton (ümumi ixracda payı 0.23%) neft koksu xaricə satılmışdı. Dominos pizza
Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə neft koksunun ixrac həcmində və əldə olunan gəlirdə ciddi yüksəliş müşahidə olunub.
Cəlalə Cəlalqızı